"Kim bunu necə anlayır-anlasın. Azərbaycan dövləti adına bu, böyük bir biabırçılıqdır. Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya Məşədi Dadaş məscidindən dünən verilən cümə xütbəsini öz loqusu ilə you tube kanalında yerləşdirib təbliğat aparır. Təbliğatını apardığı da bir Qum məzunudur".
BUTA.TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Fazil Mustafa hər bir inanclı şəxsə sayğılı olduğunu bildirərək İTV-də Hacı Şahinlə bağlı verilən verilən reportajı tənqid edib:
"Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya mərhum din xadiminin canlı yayından həm vida, həm də gəfn mərasimini nümayiş etdirdi. O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər. Məscidlər arasında fərq qoymanın izahını kim verə bilər? Konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır. O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya İnter.az kanalı Azərspacedən çıxarıldıqdan sonra irançı köstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik".
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi