Hazırlıqlar tam gücü ilə gedir. Koordinasiya Mərkəzinin nəzarəti ilə işlərimiz davam etməkdədir. Çox önəmli məsələdir, bu, azərbaycanlıların dayanışmasında, həmrəyliyində ciddi rol oynayacaq.
Bu sözləri BUTA.TV-a “Azadlıq və Ədalət” Yürüşünün Koordinasiya Mərkəzinin sözçüsü Saleh Kamrani martın 25-də Brüsseldə Güney azərbaycanlılarının keçirəcəyi aksiyadan danışarkən deyib.
Bildirib ki, bu yürüşün Güney Azərbaycanın haqq səsini dünyaya tanıdılmasında böyük rolu ola bilər, lakin hamının eyni hədəfə fokuslanması şərtdir:
“Millətimizdən yüksək səviyyədə iştirakla bağlı gözləntilərimiz var. Azadlığa, demokratiyaya inanan bütün azərbaycanlıları, türkləri, insanları bizim yürüşümüzdə iştirak etməyə çağırıram. Belə olarsa, Azərbaycan Milli Hərəkatında və dünyada müsbət təsirini göstərəcəkdir. Bu aksiya azərbaycanlıları siyasət səhnəsində bir addım daha irəliyə daşıyacaq. İndiki gücümüz martın 25-də Brüsseldə keçiriləcək yürüşümüzədir. Vətəndaşlardan xahişim budur ki, aksiyanı tam gücləri ilə dəstəkləsinlər. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, dəstəklərini maddi, mənəvi, fiziki şəkildə-yürüşə qatılmaqla göstərsinlər. Qucaqlayıcı şəkildə bir-birinə dəstək olaraq, yersiz mübahisələr çıxartmadan, bu yürüşün Azərbaycana yaraşan tərzdə gerçəkləşməsinə yardım etsinlər. Bizim millət böyük millətdir və həmişə də böyük işlər görüb. Potensialı yüksəkdir. Təlatümlü vəziyyətdəyik. Azərbaycana qarşı olan güclər əlini gücləndirməkdədir. Azərbaycan Milli Hərəkatını, azərbaycanlıları sıradan çıxartmağa, meydandan uzaqlaşdırmağa, görməzdən gəlməyə çalışırlar. Ümid edirəm ki, azərbaycanlılar bu oyunu öz dəstəyi və aksiyada iştirakı ilə tərsinə çevirəcək. Azərbaycan mediaları, dövlət və özəl televiziyaları bu yürüşə indidən dəstək göstərsinlər. Yürüş günü də bizimlə olsunlar. Bu, bizim istəyimizdir. Ümid edirəm ki, əl-ələ verərək, Azərbaycana yaraşan bir aksiya keçirəcəyik”, - o bildirib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi