Əzizov Mirdamət Seyidova yeni vəzifə verdi

13:18 - 10 Mart 2023 - GÜNDƏM

 Əzizov Mirdamət Seyidova yeni vəzifə verdi

Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinə yeni direktor təyin edilib.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə bu vəzifəyə Mirdamət Seyidov təyin olunub.

Qeyd edək ki, Mirdaməd Seyidov bundan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olub və Nizami rayon Hərbi Komissarlığında çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Məlumata görə, Mirdamət Seyidovun vəzifədən azad olunmasının səbəbi səhhəti lə bağlı deyil. Belə ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Ulduz adlı qadının torpaq alıb, ərazidə ağacları kəsdirməsi sakinlərin narazılığına səbəb olub. Nəticədə ictimai asayişi qorumaq üçün əraziyə polis əməkdaşları cəlb edilib. Yaranan söz-söhbətə görə Həsrət Əmrahova töhmət verilib və o, ərizə yazaraq vəzifəsindən uzaqlaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol