Rus oliqarxlar “Alfa”dakı paylarını satır

12:26 - 10 Mart 2023 - GÜNDƏM

 Rus oliqarxlar “Alfa”dakı paylarını satır

Rusiyalı oliqarxlar Mixail Fridman və Pyotr Aven sanksiyalardan xilas olmaq üçün “Alfa Bank”dakı hissələrini satmağı planlaşdırırlar.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, oliqarxlar hissələrini 2.3 milyard dollara satmaq niyyətindədirlər.

“Alıcı isə onların iş ortağı, Qərb sanksiyaları altına düşməyən Andrey Kosoqovdur. Mümkün satışdan sonra Fridman və Aven “Alfa Bank”ın səhmdarları olmağı dayandıracaqlar. Lakin oliqarxlar bu satışın onların sanksiyalardan xilas edəcəyinə əmin deyillər”, - nəşr bildirib.

Satışın yaza qədər başa çatdırılması gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol