Bu idman klubunun prezidenti həbs olundu

11:00 - 10 Mart 2023 - İDMAN

 Bu idman klubunun prezidenti həbs olundu

“Ağsu Siti" İdman Klubunun prezidenti Rəmzi Eminli barəsində cinayət işi başlanıb.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, onun yalan vəd verərək, özgənin pulunu ələ keçirdiyi iddia olunur.

Aran komandasının rəhbərinə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq.

“Ağsu Siti" Region Liqasının daimi iştirakçısı olub. Bu yarışda dördüncü mövsümünü keçirmək isə sözügedən komandaya müəssər olmayıb.

AFFA onları çempionatdan kənarlaşdırıb. Buna səbəb Rəmzi Eminli ilə futbolçular arasında yaranmış problemdir.

Belə ki, prezident kollektiv qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib. Pullarını ala bilməyən oyunçular 3 matçda meydana çıxmayıb.

Ən son məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol