İrandan ölkəmizə bu məhsullar qəsdən göndərilir?

17:44 - 9 Mart 2023 - GÜNDƏM

 İrandan ölkəmizə bu məhsullar qəsdən göndərilir?

Meyvə və tərəvəzlərdə olan təhlükəli virusların yayılmasını izləyən beynəlxalq büro mövcuddur. Bu büro ayrı-ayrı ölkələrdə tədqiqatlar həyata keçirərək viruslarla bağlı dövlətlərə xəbərdarlıq edir.

Bu sözləri BUTA.TV-a son dövrlər İrandan ölkəmizə gətirilən istehlak məhsullarında aşkar edilmiş viruslar haqda açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov deyib.

O bildirib ki, sözügedən viruslar insanların həyatı üçün təhlükəli deyil:

“Bu viruslar yalnız kənd təsərrüfatı məhsulları üçün təhlükəlidir. Yəni bu ziyanvericilər kənd təsərrüfatı bitkilərinin yetiştirilməsinə böyük zərər gətirə və məhsuldarlığı sıfıra endirə bilər. O cümlədən, bitkiçilikdə də meyvə oğurlaya bilər. Yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) beynəlxalq təşkilatın bu fitosanitar informasiyalarını nəzərə alır. Son zamanlar İrandan gətirilən bu cür məhsullarda viruslar aşkarlanır. Hazırda AQTA heç də asan olmayan bir iş rejimində çalışır”.

E.Hüseynovun fikrincə, bitki sağlamlığına zərər verən bu bitkilər İrandan ölkəmizə bilərəkdən keçirilmir:

“Hər bir ölkə öz bitki infrastrukturunu qorumalıdır. Azərbaycan yəqin ki, beynəlxalq təşkilatın xəbərdarlığından sonra bu məhsulları yoxlayıb. Ola bilər ki, orada bu virus o qədər yayılıb ki, ölkə üçün artıq önəmli deyil. Yaxşı olar ki, İrandan bu cür malları ölkəmizə gətirməyə qərar verməzdən öncə iş adamları agentlikdən məlumat əldə etsinlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol