Xankəndidə separatçı-terrorçu rejimi narahat edən müəmmalı hadisə baş verib.
BUTA.TV Pubika.az-a istinadən xəbər verir ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda silahlı instidentdən bir həftə əvvəl gecə saatlarında müəmmalı şəxslər kilsənin divarlarına yaşıl boya ilə yazılar yazıb.
Səhər separatçılar yazıları tələsik siliblər, lakin qeydlərin Araik Arutyunyanın verdiyi “vədlər” ilə bağlı olduğu deyilir. Arutyunyan separatçı rejimin “başçısı” olanda kilsənin yanında çıxış edib və erməni əhalisinə vədlər verib. Müəmmalı şəxslər də kilsənin divarlarına Araikin unutduğu vədləri yazıb.
Bu hadisənin Xankəndidə erməni əhalisi arasında Azərbaycana inteqrasiya etmək istəyənlərin olduğu faktının gündəmə gəldiyi vaxt baş verməsi separatçılarda suallar yaradıb. Onlar anlamağa çalışırlar ki, bunu erməni əhalisi arasında kimlərsə edib, yoxsa Azərbaycan kəşfiyyatçıları?!
Hər iki versiya mümkündür. Bakıya üz tutmaq istəyən, lakin təzyiqlərə görə bunu açıq ifadə etməkdən çəkinən ermənilər separatçılara bu yolla etiraz edə bilər. Həmçinin, Azərbaycan kəşfiyyatçılarının öz suveren ərazisində bu addımı atması, separatçılara “vədlərini yerinə yetirməyənlər erməni əhalisinin təmsilçisi ola bilməz” mesajı verdiyi də istisna deyil.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi