İrəvan dəstəkçilərini itirir, Bakı isə... - Zakaryan

11:54 - 9 Mart 2023 - GÜNDƏM

 İrəvan dəstəkçilərini itirir, Bakı isə... - Zakaryan

Əgər erməni xalqı Paşinyanı payıza qədər hakimiyyətdən uzaqlaşdıra bilməsə və ya istəməsə, 2024-cü ildə yeni genişmiqyaslı müharibə ilə üzləşməli olacaq.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Bu müharibəyə müqavimət göstərə biləcəyik, ya yox, bunu demək çətindir. Artıq sübut edildi ki, müharibəyə səbəb nə Qarabağ, nə Zəngəzur, nə də Zod (Söyüdlü) qızıl mədənidir. Əsl səbəb Nikoldur. Bu gün bu sadə həqiqəti ancaq savadsızlar başa düşmür. Məğlubiyyət və təslim olma simvolu olan Nikol artıq heç bir dayağı olmayan danışıqlar bataqlığına boynuna qədər girib. Paşinyanın düşüncəsiz diplomatik manevrləri və siyasi atışları artıq heç nəyə dəyməz. Onlar ancaq erməni xalqının ziyanına hərəkət edib və edir. Üstəlik, Nikola görə Ermənistan yeganə strateji müttəfiqini, digər beynəlxalq tərəfdaşlarını və havadarlarını itirir. Azərbaycan isə əksinə, onu dəstəkləyən ölkələrin dairəsini genişləndirir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol