Xəbər verdiyimiz kimi, DİN və Baş Prokurorluq "Bravo"dakı insidentlə bağlı məlumat yayıb və saxlanılan 3 nəfər barəsində cinayət işi açıldığını elan edib.
BUTA.TV xəbər verir ki, “Bravo”ya hücum edənlərdən biri Ruhlan İsmayılov keçirilən əməliyyat tədbirləri nəticəsində zərərsizləşdirilmişdi.
Ruhlan İsmayılovla birlikdə banka hücum edən Dəyanət Qüdrətov hadisə yerindən qaçsa da, sonradan aparılan əməliyyat tədbirləri nəticəsinsə saxlanılmışdı.
D.Qüdrətova irəli sürülən ittihamlarda terrorçuluq maddəsi də var. Belə ki, ona qarşı qəsdən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə (120.2.1.), xüsusi amansızlıqla adam öldürmə (120.2.4.), iki və ya daha çox şəxsi öldürmə və quldurluq “120.2.7.), hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə (120.2.11.) maddələri ilə ittiham olunur.
Məlum olub ki, “Bravo”ya hücumda iki yox, dörd nəfər iştirak edib. Polis apardığı əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Azər Məmmədov və Səbuhi Qurbanov adlı şəxslər də saxlanılıb.
Hər iki şəxsə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5 (cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır), 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi