“Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan, məhum Zaur Yusifov və Həsən Tağıyevin barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
BUTA.TV-nin məlumatına görə, Ali Məhkəmədə keçiriləcək proses martın 14-nə təyin edilib.
Şoka hakim Rəşad Abdullovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Habil Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrədn sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Zaur Yusifov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. O, azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Ali Məhkəmədə isə qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Daha sonra “Emin 444”ün xalası oğlu Samir Şirəliyev bu il martın 14-ü saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində qisas məqsədilə . tanınmış idmançı, dünya çempionu Zaur Yusifovu “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi