“Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi – “bəy” deməyəcəyəm, bəzi insanlar “bəy”, “xanım”, “ağsaqqal”, “ağbirçək” sözlərinə layiq deyillər – boğazını arıtlayıb tüpürdü yerə. Guya işini gizlədirmiş kimi ayaqqabısı ilə də sildi... Üzrlü sayın, bilirəm, çox iyrəncdir. Çöldə yaşlı nümayəndələrinin burun təmizləmələrinə də rast gəlirik. Yaxınlaşdım ona, dedim, a kişi, sən nə edirsən? Şəhərin içində, ictimai yerdə bu nə iyrənclikdir? Dedi, bağışla. Nəyi, hansınızı bağışlayım? Tək mən deyil, biz məcburuq sizin murdar hərəkətlərinizi görməyə?”
BUTA.TV-nin xəbərinə görə, bunu tanınmış psixoloq Samirə Bağırova bildirib.
“Liftdəki murdarlıqlar, mağazada növbə mədəniyyətinin olmaması... Taksilər külqabı iyi verir, sürücülər avtomobillərdə elə bilirlər, kimsə onları görmür, saatlarla burun, qulaq təmizləyirlər, sonra da gedib kiməsə “salam” verirlər, kiminsə uşağının başını tumarlayırlar. “Tarqovi”da tumu çırtlayırlar, yerə tökürlər, “onsuz da yığışdıracaqlar” deyə düşünürlər. Hansınıza dözək? Sonra da deyirlər, indiki gənclər elə, belə... Məclislərdə gəyirmələriniz, efirlərdə, radiolarda qışqıra-qışqıra danışmağınız, dinləmə mədəniyyətinizin olmaması... Başa düşürəm, hamı təmizkar ola bilməz, amma hamı mədəni olmağa məcburdur. Şəhərdə yaşayırsınızsa, şəhər mədəniyyətinə uyğunlaşmalısınız”, - S.Bağırova qeyd edib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi