Bu mənzillərin satışı qadağan edilə bilər - VİDEO

10:46 - 8 Mart 2023 - SİYASƏT

 Bu mənzillərin satışı qadağan edilə bilər - VİDEO

Azərbaycanda çıxarışı olmayan mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur. Bu barədə məsələ ombudsmanın illik məruzəsində əksini tapıb.

“Qafqazinfo” “Xezerxeber.az”a istinadən məlumat verir ki, xüsusilə Bakı və Abşeronda bir sıra çox mənzilli binalaradakı evlər çıxarış olmadan müqavilə əsasında satılır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, hüquqi cəhətdən çıxarışlı mənzil almaq ən etibarli vasitə sayılsa da, bu, hər kəs üçün əlçatan deyil. Vətəndaş da nəticədə tikilməkdə olan binalara üz tutur. Belə mənzillər ucuz başa gəlsə də, risklidir. Onun sözlərinə görə, eyni binada çıxarışı olan mənzillə sənədsiz ev arasında hər kvadrata görə 150-200 manat fərq var. Daha ətraflı videomaterialda: 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol