Bəxtiyar Hacıyevlə bağlı məsələ hələ də gündəmdədir. Doğrusu, etiraf etmək lazımdır ki, daha müdafiə o səviyyədə getmir. Belə də olmalıdır… Axı onun olmayan statusunun həbsə atılması ilə heç bir əlaqəsi yoxdur.
Yaxşı, deyək ki, bunun siyasi fəaliyyəti də varmış. Hərçənd ki, bunun siyasi fəaliyyəti qızlara “podxod”larını pərdələmək üçün lazım imiş. Məsələnin mənəvi tərəfləri var axı. Sən necə tədbirlərdə görüşdüyün, dəfələrlə səni müdafiə edən müxalifət liderinin övladına bu iyrənc hərəkəti edə bilərsən? Məqsəd nə olub? Sanki siyahı tutubmuş, qarşısından işarə qoyurmuş. Məsələnin digər maraqlı tərəfi odur ki, qurbanlarına “yazışmanı sil” mesajı göndərir. Bəs yaxşı özün niyə silmirsən? Dostlarına göndərərək “samovar qaynatmaq” söhbətlərini etmək üçünmü? Bu yaşda olan adamın belə iyrənc hərəkətlər etməsi… Qızların onun oynuna düşməsi də ayrı problemdir.
Deyə bilərlər ki, “Facebook” profili kibercinayətkarlıq yolu ilə keçirilib, yazışmalar yayılıb. Bu, məsələnin başqa tərəfidir, Bəxtiyar nə vaxtsa, azadlığa çıxsa, bunu mübahisələndirər. Amma daha yayılıb da, bu iyrənc mənzərəyə nə cavab verəcək? Yeniyetmə olsa, başadüşüləndir, düşünərsən ki, səhvdir edib… Amma bu şəxs özünü ölkəni idarəetməyə qadir şəxs kimi təqdim edirdi, yüksək postlara iddia edirdi. Sənə bir nazirlik həvalə etsəydilər, nələr baş verərdi... Bu “ictimai fəal” Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevdən heç nə ilə fərqlənmir. Hə, deyəcəksiniz, FHN dövlət qurumudur, Zaur da məmur - Bəxtiyar da o vəzifədə olsaydı, daha artığını edərdi. İctimai sektordadır, “fəaliyyəti” də ortadadır. Fərq həm də ondadır ki, Bəxtiyar, demək olar, salam verdiyi hər kəsə, dostunun nişanlısına, ondan kömək istəyənlərə bu iyrənc hərəkətləri edib. Bəxtiyarı müdafiə etmək, bu iyrəncliklərə şərik olmaq deməkdir. O, bəlkə cavab haqqına ehtiyac duyulmayan yeganə şəxsdir. Əvvəl də qeyd etmişdik, bu əməlləri iqtidarda olan və ya iqtidardakı şəxsə yaxın kimsə törətsəydi, dərhal cəzalandırılmasını tələb edərdilər. Məhz bu əməllərinə görə. Baxın Zaur Mirzəyev həbsdədir, bunu həm də cəmiyyət tələb edirdi. Hüseynbala Mirələmovla da xoşagəlməz fakt ortaya çıxdı, onu YAP-ın rayon təşkilatının sədrliyindən kənarlaşdırdılar, şiddətli qınaq da öz yerində. Belə də olmalı idi. Başqa misallar da çəkmək olar. Bəs məsələ Bəxtiyara gəldikdə niyə müdafiə sistemi işə düşür? Müxalifsənsə, hökuməti tənqid edirsənsə, hər cür əxlaqsızlıqdan çıxmaq olarmı? Müxalifətdə olan bəziləri elə bilir ki, hökumət Bəxtiyara təzyiq edir, ləkələməyə çalışır və s. Bəylər, ortada faktlar var, buna nə deyirsiniz bəs? Müxalifətdə olmaq kinli olmaq deyil axı. Məhz bu kinin nəticəsidir ki, hələ də 5-10 nəfər Bəxtiyarı müdafiə edir. Yaxşı ki, çox da deyil, artıq ayılıblar, başa düşürlər, buna da şükür edək…
İqtidar Bəxtiyarla mübarizə aparmır, buna ehtiyacı da yoxdur. Bu görüntünü Bəxtiyar özü yaradıb, əməllərini pərdələmək üçün. Müxalifdəkilərin də bəziləri müdafiə növbəsinə düzülüblər. Özlərinə peşəkar siyasətçi deyənlər Bəxtiyarı müdafiə edirlərsə, daha söz yoxdur, enin onun səviyyəsinə, olun “bəxtiyar”.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi