Bu gün Bakı və Abşeronda yüzminlərlə çıxarışı olmayan fərdi həyət evi mövcuddur. Ancaq həmin evlərin sahiblərində tikinti işlərinə icazə verən qurumun təqdim etdiyi sənəd (bələdiyyə sərəncamı, Bağlar İdarəsi və s.) var. Hazırda onlar bu sənədlərə əsaslanaraq tikdiyi evlərə çıxarış ala bilmir. Sənədsiz evlərin sayı 500 min üzərindədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert bildirib ki, həmin evlərə çıxarışların verilməməsi müəyyən səbəblərdən qaynaqlanır:
“Ola bilər ki, həmin torpaqların təyinatı yaşayış üçün nəzərdə tutulmayıb və ya ərazidə tikinti işləri qanuni olmayıb və s. Qanunvericiliyimizə əsasən, bütün daşınmaz əmlaklar satılarkən onların mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır”.
E.Fərzəliyevin fikrincə, kupçasız mənzillərin satışı qadağan edilməzdən əvvəl amnistiya tətbiq edilməlidir:
“Həmin çıxarışsız həyət evlərinə çıxarışların verilməsi də sürətləndirilməlidir. Şəffaf və rahat şəkildə bu proses aparıldıqdan sonra təbii ki, bu qanunu tətbiq etmək olar”.
O bildirib ki, bu gün həyət evləri ilə bərabər, çox sayda çıxarışsız yeni tikili binalar var:
“Hansı ki, bu mənzillər inşa olunandan sonra müqavilə ilə satılır. Bəzən bir binaya çıxarışın verilməsi uzun illər vaxt aparır. Çıxarış verilən müddətə qədər o binadakı mənzillər dəfələrlə təkrar satışlarda iştirak edir. Çıxarışsız mənzillərin satışına qadağa qoyulması isə təbii ki, bu insanların mülkiyyət hüququnun pozulması deməkdir. Çünki mülkiyyət hüququ çıxarışla təsdiq olunur. Amma o mənzillərdə kommunikasiya xətləri çəkilib, qaz, su və işıq sayğacları qoyulub, həmçinin, ünvan verilibsə, bu artıq vətəndaşın mülk üzərində müəyyən formada mülkiyyət hüququnun formalaşdığı anlamına gəlir. Lakin kupçasız mənzillərin satışının qadağan olunması milyonlarla insanın mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan (kupçasız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunub.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi