Mask Tvitteri Putinin təbliğat məkanına çevirdi

08:18 - 7 Mart 2023 - IKT

 Mask Tvitteri Putinin təbliğat məkanına çevirdi

Tvitter sosial şəbəkəsi məşhur milyarder İlon Maskın mülkiyyətinə keçdikdən sonra Rusiya təbliğatı ilə mübarizə praktiki olaraq dayandırıldı.

BUTA.TV xəbər verir ki, bu barədə BBC-nin jurnalist araşdırmasına əsasən dərc etdiyi məqalədə deyilir.

Nəşr bildirir ki, rəhbər dəyişikliyindən sonra şirkətdə yüzlərlə əməkdaşın ixtisarı ilə nəticələnən geniş islahatlar keçirildi. Bundan sonra kompaniyada demək olar ki, kontent modernləşməsi ilə məşğul olan işçi qalmadı.

Tvitterin keçmiş əməkdaşlarının sözlərinə görə, son aylarda platformda aqressiv ritorika, nifrətin qızışdırılması, seksual cinayətkarlığın təbliğatı ilə bağlı paylaşımların sayı çoxalıb. Sosial şəbəkə siyasi təbliğatın və informasiya manipulyasiyasının məkanına çevrilib.

“Rusiyadan Çinə qədər regiondan gələn təhdidlərlə məşğul olan bir neçə əsas ekspert komandadan getdi”, - deyə keçmiş əməkdaş bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol