Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin ayrıldığı iddia olunur.
OLAY-ın əldə etdiyi məlumata görə, onlar bir müddətdir danışmırlar. Hər ikisi bir-birini İnstaqramda izləmədən çıxarıb. İnfluenserlik fəaliyyəti ilə məşğul olan Aysel İlkinlə olan fotolarını da İnstaqramdan silib.
Bloger ötən gün etdiyi sual-cavab “story”lərində “Məncə, sizin üçün sevgi vacibdir” sözlərinə verdiyi cavabla da diqqət çəkib: “Sevgi həyatımın 90%-idir. Mən sevgi ilə var olan biriyəm. Sevmədən sevilsəm, ya sevilmədən sevgi görsəm, bu mənim yaşamımda belə özünü göstərəcək. Mən bu həyata sevgini tam anlamıyla yaşamaq üçün gəlmişəm deyə, düşünürəm. 30 yaşımadək sevgi anlayışım fərqli imiş. Sevginizin dəyərini biləcək, onu daha da yüksəldəcək, onu sevməyinizlə xoşbəxt olacaq birini seçin yanınıza. Sevginizi öldürən, ürəyinizi ayaq altına atan narsistlərdən özünüzü qoruyun. Sevgi bu qədər ucuz deyil”.
Aysel həmçinin “Çox kinlisən” sualına belə cavab verib: “Çox kinliyəm. Sevdiyim insanları bir səhvində silmirəm. Amma sildimsə, bitmişdir”.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi