Rusiya ordu barədə ATƏT-ə niyə məlumat verməkdən imtina edib?

20:52 - 6 Mart 2023 - GÜNDƏM

 Rusiya ordu barədə ATƏT-ə niyə məlumat verməkdən imtina edib?

Rusiya ATƏT-in Vyana sənədi çərçivəsində silahlı qüvvələr haqqında məlumat verməkdən imtina edib.

BUTA.TV xəbər verir ki, bu məlumatı RBC-yə Vyanada hərbi təhlükəsizlik məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov təsdiqləyib.

Onun sözlərinə görə, bu qərara Çexiyanın Rusiya qarşısında öhdəliklərinin yerinə yetirilməsini dayandırması, eləcə də Ukraynanın 2023-cü ildə illik hərbi məlumat mübadiləsində iştirakdan imtina etməsi təsir göstərib.

Diplomat bununla yanaşı deyib ki, Rusiya tərəfi ordu haqqında məlumatların bu ölkələrin əlinə keçməsinə icazə verə bilməz. Moskva bu məsələdə qarşılıqlılıq prinsipinə riayət edir və mənfi nəticələrdən qaçmağa çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol