Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi dairələri müxalifətdəki qarşıdurma fonunda ölkədə mayın 14-də keçirilməsi planlaşdırılan ümumi seçkilərin nəticələrinin əvvəlcədən bəlli olduğu qənaətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə "Hürriyət" qəzetində bildirilib.
Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə böyük fərqlə yenidən qalib gələcək.
"AKP-də seçkilərin lehinə çevrildiyinə dair ümumi bir fikir var. Prezident Ərdoğanın indiyə qədər aldığından daha çox səslə seçiləcəyi güman edilir. Mən də belə insanlarla rastlaşdım: "Nəticə artıq bəllidir”. Ümumi tendensiya prezident seçkilərinin birinci turda başa çatmasıdır”, - hökumət dairələrinə yaxın olan “Hürriyət”in köşə yazarı Əbdülqadir Selvi vurğulayıb.
Qeyd edək ki, İYİ lideri Maral Akşənər Türkiyənin altı müxalifət partiyasının alyansından çıxıb. Buna səbəb isə beş partiyanın prezidentliyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürməsi olub. İYİ Partiyası İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini müzakirə etmək istəyib.
İki gün öncə isə müxlifət "Beşli masa" qurub və namizədini bu gün elan edəcək.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi