Azərbaycan dəfələrlə həm Ermənistana, həm də Rusiyaya Xankəndidəki separatçılara silah daşınması ilə bağlı sərt xəbərdarlıq edib. Üstəlik bu silahlar ərazimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlıların gözü qarşısında baş verir. Separatçılar özlərinə yeni mövqe inşa edir, amma rus sülhməramlılar buna göz yumur; silah daşınır, yenə sülhməramlılar özlərini görməzliyə vururlar. Günlərini yola verməklə öz vəzifələrini bitmiş hesab edirlər.
Bu sözləri BUTA.TV-a erməni separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert rus sülhməramlıların 10 noyabr Üçtərəfli Bəyanatdakı vəzifə və öhdəliklərini yerinə yetirmədiklərini bildirib:
“Rus sülhməramlılar erməni separatçıların bizim hərbçilərimizə atəş açmasını, eyni zamanda onların dayaq məntəqələrindən cəmisi bir neçə metr aralıda separatçıların mövqe inşa etməsini sanki adi hadisə kimi bizə qəbul etdirmək niyyətindədirlər. Artıq 10 noyabr bəyanatının imzalanmasının üzərindən kifayət qədər uzun vaxt keçib. Lakin erməni silahlılar hələ də Qarabağdadır və rus sülhməramlılar altında Rusiya Prezidentinin imzası olan bəyanatın 4-cü maddəsini hələ də yerinə yetirməyiblər”.
Ədalət Verdiyev Ermənistanın çox sərt şəkildə cəzalandırılacağını vurğulayıb:
“Bu gün separatçılara Ermənistandan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə silah daşınması və oradakı terrorçularla baş verən atışmada bir hərbi qulluqçumuzun şəhid olması rəsmi İrəvanın terror və təxribatdan əl çəkmədiyini növbəti dəfə nümayiş etdirir. Baş verən təxribat və Azərbaycan hərbçisinə öz ərazimizdə güllə atılması növbəti genişçaplı antiterror əməliyyatı üçün səbəbdir. Azərbaycan dövləti və Şanlı Ordumuz şəhidimizin qanını yerdə qoymayacaq. Ermənistan çox ciddi və kəskin şəkildə öz cəzasını alacaq”.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı