Bu da son. Bizim üçün son, bizim üçün bitiş, bizim üçün ən axır dayanacaq... Sənin üçün isə yeni bir başlanğıc, yeni dostlar, layiq olduğun mühit, layiq olduğun sirdaşlar...
Kult.az xəbər verir ki, bunu ötən gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahinin həyat yoldaşı Aytən Həsənzadə sosial şəbəkə hesabında qeyd edib.
"İndi yanında Əhli Beyt, peyğəmbər dostları var. Bir ömür İmam Hüseyn dedin, indi tut ağanın əllərindən ürəyin əbədi gülsün... Əsl dostların yığılıb indi ərtafına...
Amma biz dostsuz, sirdaşsız qaldıq axı, Hacı. Üzü dönsün ayrılığın, dost itirmək nə ağır acı imiş. Mən bu həyatda nə uğur qazanmışamsa, sənin məsləhətlərinə qulaq asaraq, sənin düsturlarına əməl edərək qazanmışam.
Kitabı, islamı, insanları, insanlığı, yaxşılığı, mərhəməti bizə sevdirən insan. İndi sayəndə ölümü də sevməyə başladıq, haqqını halal et bizə.
Mən elə düşünürdüm ki, sən 90 yaşında da o minbərdə ağ saç, ağ saqqalınla xütbələr edəcəksən.
Allah səni şəfaət mərtəbəsinə ucaltsın, bizim hamımızı şəfaət edəsən. Allah sənə rəhmət eləsin" , - deyə A.Həsənzadə qeyd edib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi