Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
BUTA.TV xəbər verir ki, bu gün Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşan millimiz rəqibini 5:2 hesabı ilə məğlub edib. Millimizin qollarını Eduardo Borges, Saiti Ensi, Rafael Vilela, Felipinyo və Amaedo da Silva vurublar.
Oyundan əvvəl AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov futzalçı karyerasını başa vuran Vitali Borisova milli komandanın formasını və diplom təqdim ediblər.
Millimiz əsas seçmə mərhələdə sonuncu oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığması altıncı qrupda doqquz xalla liderdir. Altı xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı