Martın 3-də Azərbaycan Dillər Universitetində Maslenitsa bayramı keçirilib. Maslenitsa slavyan xalqlarının qədim adəti olan qış fəslinin yola salınması və yazın gəlməsini tərənnüm edir. Tədbir ADU-nun Rusiyaşünaslıq Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdən öncə Rusiyadan gələn nümayəndə heyətini qəbul edən ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Rusiyaşünaslıq Mərkəzinin rəhbəri Diana Nikolayevna ADU-nu seçdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirib. Azərbaycan və Rusiya əlaqələrinin əhəmiyyətindən danışılıb, mədəni-humanitar sahədə əlaqələrin möhkəmlənməsinə təsir edən belə tədbirlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla görüşün əhəmiyyətindən söz açıb. Bildirilib ki, qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi olduqca mühüm bir amildir:
“Çox şadam ki, Maslenitsa bayramını bizimlə bərabər, məhz Azərbaycan Dillər Universitetində keçirirsiniz. Bizi bir sıra maraqlı görüşlər, tədbirlər, mühazirələr gözləyir. Bu tədbirlərdə Rusiyadan gələn intellektual camiənin üzvləri, yazıçılar, elm xadimləri çıxış edəcək. Düşünürəm ki, bu kimi görüşlər əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək. Bu mənada hər kəsi təbrik edir, uğurlar arzu edirəm. İnanıram ki, ADU-da fəaliyyət göstərən digər mərkəzlər də bu görüşlə bağlı öz imkanlarından istifadə edib yeni elmi-mədəni mübadilənin aparılması üçün addımlar atacaq”.
Sankt-Peterburq Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, elmi-mədəni əlaqələrin qurulması və perspektiv vəd edən görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə kömək etmiş olacaq.
Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Pyotr Sergeyiviç, səfirliyin birinci katibi Pavel Mixayiloviç, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri Zinnurov İrek Xaydaroviç görüşlə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə ADU-nun tələbələrinin ifasında rus dilində mahnı oxunub.
Daha sonra Heydər Əliyev lektoriyasında etnoqrafiya mövzusuna həsr olunan mühazirə oxunub, ADU-nun idman zalında yarış keçirilib, tələbələr üçün əl işinə aid master-klass və digər mövzularında tədbirlər təşkil olunub.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı