Vardanyan Qarabağda “layihələrə” başlayır

15:08 - 3 Mart 2023 - GÜNDƏM

 Vardanyan Qarabağda “layihələrə” başlayır

Qarabağda işləməyə davam edəcəm, həm şəxsən, həm də “Biz və Dağlarımız” layihəsi vasitəsilə müəyyən proqramlar həyata keçirəcəm. Məqsədim dəyişməz olaraq qalır: təhlükəsiz, azad, layiqli erməni Qarabağına (Xankəndidəki separatçı rejimə - red.) sahib olmaq. Bunun üçün “mübarizəmizi” davam etdirməliyik.

BUTA.TV xəbər verir ki, bunu Qarabağa yerləşən rusiyalı oliqarx Ruben Vardanyan deyib.

“Proqramlarımız çərçivəsində həyata keçiriləcək səkkiz mübarizə sahəsini müəyyən etdik: bunlar, xüsusən, Qarabağın “subyektivliyinin” gücləndirilməsi, etibarlı “təhlükəsizlik” və “müdafiə sistemi”, o cümlədən “mülki müdafiənin” yaradılması, etibarlı “iqtisadi sistemin” yaradılması, “hibrid müharibəyə” qarşı mübarizə, “rəqabətədavamlı təhsil” sistemidir. Qarşımızda duran vəzifələr əlaqələndirilmiş işi və bütün qüvvələrin cəmləşməsini tələb edir. Bu işləri ancaq hökumət həyata keçirə bilmir, bunu bütün - özəl və dövlət resurslarını birləşdirmək, erməni dünyasının potensialını cəlb etməklə etmək olar. “Təhlükəsiz”, “azad” erməni Qarabağını (Xankəndidəki separatçı rejim-red.) qorumaq üçün “qırmızı xətlərə” riayət etmək son dərəcə vacibdir. Biz bu "qırmızı xətləri" qorumağa davam edəcəyik, çünki onların pozulması yolverilməzdir”, - o bildirib.

Qeyd edək ki, Ruben Vardanyan 112 gün daşıdığı “dövlət naziri vəzifəsindən” azad edilib. Buna baxmayaraq, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasında maneə olmağa davam etməyə çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol