İnsident: polis atəş açmağa məcbur oldu

09:42 - 3 Mart 2023 - KRİMİNAL

 İnsident: polis atəş açmağa məcbur oldu

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində keçirdikləri tədbir zamanın Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol