İranda azyaşlı məktəblilər, xüsusilə də qız uşaqları arasında zəhərlənmə halları bir neçə gündür ki, daha da çoxalıb. Məlum deyil bu işin arxasında kim dayanıb. Amma bəzi şübhəli məqamlar ortaya çıxıb
Bu sözləri BUTA.TV-a güneyli həkim Behzad Ağdamlı deyib.
O, zəhərlənmə ilə bağlı iddialardan söz açıb:
“Belə xəbər yayılıb ki, qız uşaqlarının məktəbə getməyinə qarşı olan hansısa Taliban qrupu bu işi görür. Ola bilsin hədəfləri milləti qorxudub, qız uşaqlarının məktəbə getməsinə əngəl yaratmaqdır. Başqa bir versiyaya görə isə bu işi qəsdən törədirlər ki, ölkədə narazı millətin sayı artsın. Məqsəd onları küçələrə töküb, rejimin əleyhinə qaldırmaqdır”.
Güneyli həkim bildirib ki, zəhərlənən qız uşaqlarında olan əlamətlər arsen (siçanları zəhərləmək üçün istifadə olunan zəhər) maddəsinin istifadəsi şübhəsini yaradır:
“Zəhərlənmələrin kimyəvi tərkibli maddələrdən olduğunu demək çətindir. Bu barədə məlumat yayılmayıb. Mənim bildiyimə görə, zəhərlənən qız uşaqlarında, əsasən, bu əlamətlər var: ürəkbulanma, başgicəllənmə; bəzilərinin isə ayaqları tutulub. Bu isə arsen adlı toksik tərkibli maddənin istifadəsinə xas olan hallardır. Arsendən İran-İraq savaşında da istifadə olunmuşdu. Buna məruz qalan əsgərlər yeriyə bilmirdilər. Bəziləri isə onkoloji xəstəliklərə tutulurdular. Bu kimyəvi tərkibli maddələr haradan gəlib, buna şübhəli yanaşmaq olar. Ya İranda yeni kimyəvi tərkibli silah tapıblar, bunu sınaqdan keçirmək istəyirlər, ya da Rusiyanın keçmişdəki depolarında olan kimyəvi tərkibli maddələr hansısa yolla İslam İnqilab Keşikçilərinin əlinə keçib və onlar da bu maddəni yoxlamaq üçün istifadə ediblər. Bunları konkret demək çətindir”.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı