Ukraynanın Avstriyadan gözləntisi budur

00:14 - 3 Mart 2023 - GÜNDƏM

 Ukraynanın Avstriyadan gözləntisi budur

Ukrayna infrastrukturun bərpası və humanitar minatəmizləmə işlərində Avstriyanın köməyinə ümid edir.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Avstriyanın kansleri Karl Nehammerlə söhbəti zamanı bildirib.

Qeyd olunur ki, tərəflər Ukraynanın bərpasına dəstək məsələsini müzakirə ediblər.

Onlar ayrıca Zaporojye AES-dəki vəziyyətə və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə, xüsusən də Rusiyanın artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməsinin qeyri-mümkünlüyünə diqqət yetiriblər.

Bundan əlavə, Şmıqal Avstriyaya enerji obyektlərinin bərpası üçün 10 milyon avro ayırdığına, eləcə də avadanlıq və generatorlarla yardıma görə təşəkkür edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol