Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə Hərəkatın COVİD-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə Görüşündə bəyanat səsləndirib və QHGT-nin fəaliyyəti ilə bağlı bir sıra məqamları vurğulayıb.
Gənclət Təşkilatından BUTA.TV-a verilən məlumata görə, bəyanatda bildirilib ki, 2022-ci il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan hüquqlarının qorunması, iqlim dəyişikliyi və pandemiyanın yaratdığı problemlərin həlli istiqamətində Qoşulmama Hərəkatı Üzv Dövlətlərində davamlı inkişafın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirib.
Qeyd edilib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı gənclərin sülh və davamlı inkişaf sahəsində aktiv fəaliyyətinin təşviqi məqsədilə bir çox fəaliyyətlər təşkil edib:
"Sözügedən tədbirlərdə gənclərə QHGT yaranma tarixi, fəaliyyət prinsipləri, dəyərləri və strukturu haqqında ətraflı məlumat verilib. Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən layihələrdə gənclərin yerli və qlobal problemlərin həllində birgə fəaliyyəti təşviq olunub, COVİD-19 pandemiyasından sonra gənclərin hərtərəfli inkişafının və dayanıqlı gələcəyin təmin edilməsi məqsədilə Qoşulmama Hərəkatına Üzv Dövlətlərlə əməkdaşlıq edilib".
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı
- Dudadan Bakını qəzəbləndirəcək açıqlama