"Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim."
BUTA.TV xəbər verir ki, bu sözləri din xadimi Elşad Miri bu gün səhər dünyasını dəyişən Hacı Şahin haqqında paylaşımında qeyd edib.
"Eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzüldüm. Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbr diləyirəm. Hər şeyimizlə Allaha məxsusuq və Ona qayıdacağıq". Qeyd edək ki, Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə onun rəsmi səhifəsində məlumat verilib.
- Polşa səfiri XİN-ə çağırıldı
- Dudadan Bakını qəzəbləndirəcək açıqlama
- Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilər - Foto
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi