Bakıda vəzifəli şəxsin maşınının nömrəsi oğurlandı - VİDEO

01:14 - 2 Mart 2023 - HADİSƏ

 Bakıda vəzifəli şəxsin maşınının nömrəsi oğurlandı - VİDEO

Bakının mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.

BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, nömrənin qaytarılması üçün maşının sahibindən külli miqdarda pul tələb ediblər.

Hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.

Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.

Nömrəni oğurlayan şəxs və ya şəxslər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.

Şahin Rəhimov həmin nömrə ilə Vatsap üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.

Bu barədə polisə məlumat verən Ş.Rəhimov xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.

Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol