Ermənistan bu əsasnamə layihəsini Bakıya təqdim etdi

17:46 - 1 Mart 2023 - GÜNDƏM

 Ermənistan bu əsasnamə layihəsini Bakıya təqdim etdi

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu ölkə hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.

O bildirib ki, əsasnamə layihəsi bu yaxınlarda Azərbaycana təqdim olunub: “Biz bu sənədə cavab gözləyirik”.

Hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müaqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb: “Onu da deyim ki, təkliflərin mübadiləsi istiqamətində işlər həmişə üzbəüz görüşlər tələb etmir”.

Xatırladaq ki, N.Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdırıb. O söyləmişdi ki, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol