Rusiya Prezidenti Vladimir Putin Ukraynaya kütləvi işğalı başlayandan bəri artıq beş böyük məğlubiyyətlə üzləşib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
Kuleba bildirib ki, xüsusilə rus qoşunların planları ölkənin enerji sistemini məhv etmək olsa da, ukraynalılar qışdan sağ çıxa biliblər.
“2023-cü il martın 1-də Putin tammiqyaslı işğal günündən bəri beşinci böyük məğlubiyyətə uğradı - Ukrayna qış terrorunu məğlub etdi. Tariximizin ən sərt qışından sağ çıxdıq. Beləliklə, bu, Putinin beşinci məğlubiyyətdir” , - o bildirib.
Kuleba Putinin Ukraynadakı əvvəlki dörd məğlubiyyətini də sadalayıb:
“İlk məğlubiyyət hücumun ilk dəqiqələrindən Putinin bizi qorxu ilə iflic etməsinə imkan vermədiyimiz zaman idi.
İkincisi, Ukrayna nə üç gündə, nə yeddi, nə bir ayda, nə də bir ildə yıxılmadı. Və heç vaxt düşməyəcək.
Üçüncü məğlubiyyət, biz Rusiyanı diplomatik cəbhədə vurduq.
Dördüncü məğlubiyyət Ukraynanın əks-hücumları nəticəsində Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini itirməsidir”.
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN