Türkiyədə dağılan binalarla bağlı 171 nəfər həbs edildi

00:26 - 24 Fevral 2023 - GÜNDƏM

 Türkiyədə dağılan binalarla bağlı 171 nəfər həbs edildi

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər nəticəsində yaşayış binalarının dağılmasına görə məsuliyyət daşıyan 171 nəfər həbs edilib.

BUTA.TV xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 43 556 nəfər həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol