WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.
Komitə sədri qeyd edib ki, forumun ilk günündə ziyarətçilərin sayı 21 108 nəfər təşkil edib:
"Tədbir çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, şəhər administrasiyaları, akademik dairələr və özəl sektor liderlərini bir araya gətirən dinamik sərgi təşkil olunub. Ümumi sahəsi təxminən 35 min kvadratmetr olan sərgi məkanında 85 ölkədən 260 tərəfdaş təşkilat 122 stend və pavilyonda təmsil olunur".
A.Quliyevin sözlərinə görə, sərgidə 15 akademik və tədqiqat mərkəzi, 136 vətəndaş cəmiyyəti nümayəndəsi, 14-ü startap olmaqla 44 özəl sektor təmsilçisi, həmçinin dövlət qurumlarına məxsus 41 pavilyon, 10 dövlət şirkəti və 6 yerli/regional idarəetmə orqanı yer alıb.
Azərbaycanın sərgidəki iştirakına toxunan komitə sədri vurğulayıb: "Sərgi zonasında 1500 kvadratmetr sahədə yaradılan Azərbaycan pavilyonunda ölkəmizin şəhərsalma təcrübəsi, turizm potensialı, həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma layihələri nümayiş etdirilir”.
- ABŞ-yə köçən teleaparıcı barədə şok məlumatlar - Görün atalığı nə edib?
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video