Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2023-2024-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Bu barədə BUTA.TV-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Azərbaycan dilində aparılan təhsilin müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Məzunlara seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə FHN-in qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 2023-cü il sentyabrın 15-dək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 2023-cü il sentyabrın 15-dək tamam olmayan Azərbaycan vətəndaşları sırasından seçilir.
Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə birinci ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər martın 1-dən aprelin 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə FHN-in Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8) qəbul edilir. Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini bildirməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər. Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20. vatsap: (055) 375-14-14-dür.
Daha ətraflı məlumatı nazirliyin www.fhn.gov.az və Dövlət İmtahan Mərkəzinin www.dim.gov.az rəsmi internet saytlarından əldə etmək olar.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov