Ayrıldığı sevgilisinə fahişə səhifəsi açıb rüsvay etdi - BAKIDA ŞOK

07:55 - 26 Yanvar 2023 - KRİMİNAL

 Ayrıldığı sevgilisinə fahişə səhifəsi açıb rüsvay etdi - BAKIDA ŞOK

Bakıda sevgilisinin adına instaqramda saxta hesablar açan şəxsin məhkəmə prosesi başa çatıb.

BUTA.TV  xəbər verir ki, 1997-ci il təvəllüdlü Samir Əkbərov (ad-soyad şərtidir) 4 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. İşə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, sevgilisi Sahilə Qulamova (ad-soyad şərtidir) ondan ayrıldığı üçün qadından qisas almaq istəyib. Bu səbəblə o, Sahilənin adına instaqramda saxta hesablar açaraq, onun pul qarşılığında kişilərlə görüşdüyünü qeyd edib. Samir bu zaman Sahiləyə məxsus fotoları və onun nömrəsini də açıq şəkildə paylaşıb.

Samir daha sonra həmin paylaşımları Sahiləyə göndərib. Bundan sonra qadın Samiri polisə şikayət edib. Sahilə məhkəmədə keçmiş sevgilisini bağışlamadığını bildirib və ona cəza tələb edib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi ilə təqsirləndirilən şəxs “GESCO” mühafizə xidmətinin əməkdaşı olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol