Ermənistan açıq şəkildə Rusiyadan Qərbə doğru dönüş edib. İrəvan nümayiş etdirir ki, Rusiyanın qoruma arxitekturası Ermənistanın təhlükəsizlik çağırışlarına xidmət etmir.
BUTA.TV xəbər verir ki, bunu keçmiş erməni deputat Arman Babacanyan deyib.
“Ermənistan Qərb tərəfdaşları ilə birlikdə sıfırdan belə bir təhlükəsizlik mühiti yaratmaq yolundadır. Təbii ki, baş verən hadisələr Moskvanı narahat etməyə bilməz. Bu səbəbdən, xüsusən də Ermənistanın maraqları üçün son dərəcə vacib olan AB-nin yeni missiyası fonunda Rusiyanın İrəvana daxildən zərbələri gözlənilir”, - o bildirib.
O qeyd edib ki, əvvəllər də olduğu kimi, ruslar respublika daxilində təzyiq yarada, Ermənistanın müxtəlif ictimai-siyasi dairələrini bu prosesə cəlb edə bilərlər.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı