Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanıldı

15:02 - 22 Yanvar 2023 - KRİMİNAL

 Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanıldı

Ağstafa rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mersedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ş.Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka müddətinə inzibati qaydada həbs edilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol