Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “Transxəzər” layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, əvvəla, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur, “Transxəzər” layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyi:
“İkincisi, bu layihə təsdiq olunsa belə, Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Buna baxmayaraq, İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır”.
Politoloq qeyd edib ki, Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir:
“Əksinə, bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək, bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib. Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı? Belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. Çünki “Transxəzər” layihəsinin reallaşması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Ankara “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsınlar” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq”.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı