2023-cü ilin birinci həftəsi ərzində Türkiyə Mərkəzi Bankının cəmi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2,345 milyard ABŞ dolları azalaraq 126,41 milyard dollara düşüb.
BUTA.TV xəbər verir ki, yanvarın 6-na olan məlumata görə, Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 3,244 milyard ABŞ dolları azalaraq 79,66 milyard dollar olub. Dekabrın 30-na olan məlumatda ümumi valyuta ehtiyatları 82,904 milyard ABŞ dolları təşkil edirdi.
Bu müddət ərzində ölkənin qızıl ehtiyatları 899 milyon ABŞ dolları həcmində artaraq 46,75 milyard ABŞ dollarına yüksəlib.
Beləliklə, Mərkəzi Bankın məcmu ehtiyatları yanvarın 6-dan bəri bir həftə ərzində 128,755 milyard ABŞ dollarından 126,41 milyard ABŞ dollarına qədər azalıb.
- Xəzərdə güclü zəlzələ oldu
- Eltisinin ölümünə səbəb olan həkim həbs olundu
- Sabah yağış yağacaq
- İşlədiyi evdən 30 minlik oğurluq etdi, saxlanıldı
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq