Şamaxıda inzibati binada yanğın olub.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
- Prezident bu nazirliyə yeni səlahiyyət verdi
- 28 May-Nizami stansiyaları arasında avtobuslar pulsuz olacaq?
- Xəzərdə güclü zəlzələ oldu
- Eltisinin ölümünə səbəb olan həkim həbs olundu
- Sabah yağış yağacaq
- İşlədiyi evdən 30 minlik oğurluq etdi, saxlanıldı
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı