“Palmali Holdinq” şirkəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edib.
Bu barədə BUTA.TV-a “Palmali Holdinq”dən bildirilib.
“Türkiyənin müxtəlif ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün Ulu öndər Heydər Əliyevin adını daşıyan təqaüdün güclü stimul olacağına əminik. Təqaüd təhsilində yüksək nəticə əldə etmiş tələbələrə veriləcək. Bu, eyni zamanda, Mübariz Qurbanoğlu Yardımlaşma Vəqfinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə də aiddir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, “Palmali Holdinq” şirkətinin bütün gəmilərində “Heydər Əliyev guşəsi”nin yaradılmasına da qərar verilib.
- Prezident bu nazirliyə yeni səlahiyyət verdi
- 28 May-Nizami stansiyaları arasında avtobuslar pulsuz olacaq?
- Xəzərdə güclü zəlzələ oldu
- Eltisinin ölümünə səbəb olan həkim həbs olundu
- Sabah yağış yağacaq
- İşlədiyi evdən 30 minlik oğurluq etdi, saxlanıldı
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı