Bakının Nizami rayonunda daha bir yaşayış binalarının sökülməsinə başlanılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 76 ünvanında yerləşən yaşayış binasıdır.
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
Bina sakinlərinin verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə hündürmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.
Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.
- Xəzərdə güclü zəlzələ oldu
- Eltisinin ölümünə səbəb olan həkim həbs olundu
- Sabah yağış yağacaq
- İşlədiyi evdən 30 minlik oğurluq etdi, saxlanıldı
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı
- Güclü küləklə bağlı nazirlikdən xəbərdarlıq