Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”dakı növbəti görüşünün vaxtı bəlli olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 34 yaşlı idmançı Dünya Qran-prisində qüvvəsini sınayacaq.
Mükafat fondu 1 000 000 ABŞ dolları olan turnirdə Musayevlə yanaşı, rusiyalı Osman Nurməhəmmədov, Aleksandr Şabli, braziliyalı Ptriki Freyre (Pitbul), ABŞ təmsilçiləri Benson Henderson, Ey Cey Makki, Sidni Autlo və Tunis əsilli fransalı Mansur Barnaui də çıxış edəcək.
Qran-pri bu il martın 23-də start götürəcək.
Qeyd edək ki, Tofiq Musayev "Bellator"dakı ilk döyüşündə Sidni Autloya cəmi 27 saniyəyə nokautla qalib gəlib.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...