Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (APA) dörd daimi komitəsindən biri olan Sosial və Mədəniyyət Komitəsinə sədr və eyni zamanda Assambleya sədrinin müavini seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə qardaş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan APA-da nümayəndə heyəti ilə ilk dəfə 2020-ci ildən təmsil olunur və o vaxtdan Qənirə Paşayeva Milli Məclisin Asiya Parlament Assambleyasında (APA) Nümayəndə heyətinin rəhbəridir.
APA Sosial və Mədəniyyət Komitəsinin Qənirə Paşayevanın sədrliyi ilə növbəti iclası 2023-cü ildə Bakıda keçiriləcək. Bu barədə Q.Paşayevanın irəli sürdüyü təşəbbüs Komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qənirə Paşayeva deyib ki, Azərbaycan Respublikası indiyədək müxtəlif xarakterli beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və APA komitəsinin iclası da yüksək səviyyədə təşkil olunacaq.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Q.Paşayeva komitənin iclasında geniş nitq söyləyərək, bir sıra vacib mövzulara toxunub. O, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarındakı tarixi və mədəniyyət abidələrinə qarşı dəhşətli vandalizm aktlarından danışıb və Azərbaycanın müvafiq çağırışlarına baxmayaraq, beynəlxalq təşkilatların ermənilərin törətdiyi müharibə cinayətlərinə səssizliyini qınayıb.
İşğal edilmiş ərazilərdə 65 məscidin Ermənistan tərəfindən dağıdıldığını, məscidlərdə donuz və digər heyvanlar saxlandığını, habelə məscidlərin divarlarına İslam dinini təhqir edən yazılar yazıldığını xatırladan Qənirə Paşayeva bu qeyri-insani aktlara dair internet resurslarında çoxsaylı materiallar, video, foto-faktlar olduğunu qeyd edib. O, komitə üzvlərini, ümumən APA-da təmsil olunan ölkələri bu cür dəhşətli vandalizmə səssiz qalmamağa çağırıb.
Qənirə Paşayeva bu məsələlərin tarix-mədəniyyət abidələrinə dair müvafiq sənədlərdə, qətnamələrdə öz əksini tapması üçün bir sıra təkliflərlə çıxış edib.
Komitə sədri bildirib ki, dini inancından və etnik kimliyindən asılı olmayaraq APA-ya üzv ölkələr bu kimi məsələlərdə vahid mövqedən çıxış etməli, bəzi beynəlxalq təşkilatlarda oldğu kimi ikilistandartlara yol verməməlidir: “Azərbaycan Respublikası harada və kimə qarşı törədilməsindən asılı olmayaraq vandalizmi həmişə qınayıb və biz bu Assambleyadan da eyni həssasiyyəti gözləyirik”.
Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Zəfər, işğaldan azad olunan ərazilərdəki irimiqyaslı abadlıq, quruculuq işlərindən söz açan Qənirə Paşayeva özəlliklə tarix-mədəniyyət abidələrnin bərpası ilə bağlı fəaliyyətlərdən danışıb.
2020-ci ilin 8 noyabrında azad olunmuş Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı, bu ildən isə Türk dünyasının Mədəniyyət paytaxtı statusunu daşıdığını vurğulayan Q.Paşayeva Komitə üzvlərini Şuşaya – əsil gerçəkləri, həqiqətləri yerində görməyə dəvət edib.
Komitənin müzakirə etdyi sənədlərin qərar layihələrinin birində 2023-cü ildə Zəncan şəhərinin Asiyanın Turizm paytaxtı seçilməsinə toxunan Qənirə Paşayeva 2024-cü ildə Şuşanın Asiyanın Turizm paytaxtı elan olunmasını təklif edib. Bu təklif başda Türkiyə Cümhuriyyəti Nümayəndə heyəti olmaqla, bir sıra ölkələrin nümayəndələri tərəfindən dəstəklənib. Həmin məsələ barədə qərar növbəti komitə iclasında qəbul ediləcək.
Q.Paşayeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarix-mədəniyyət abidələri, ümumən mədəni irslə bağlı görülən fundamental işlər, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarix-mədəniyyət abidələri, ümumən humanitar mövzularda beynəlxalq səviyyədə həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verib. O, APA Sosial və Mədəniyyət Komitəsinin rəhbərliyinin Azərbaycana etimad edilməsinin arxasında da məhz bu faktorun dayandığına inandığını bildirərək, Azərbaycanın komitənin işinə dövlət səviyyəsində dəstək verəcəyini söyləyib.
Komitə sədri əminliklə bildirib ki, APA beynəlxalq ictimaiyyətə faydalı çağırışlar edən, yüksək nəticələr qazanmağa potensialı olan bir mühüm platforma kimi çağdaş dünyadakı qlobal problemlərin həlli yönündə bundan sonra da əzmlə çalışacaqdır: “Azərbaycan bu platformanın imkanlarından geniş şəkildə istifadə edərək sülh və inkişaf prinsipində hamı üçün faydalı olan əməkdaşlıq münasibətlərinə yeni töhfələr vermək niyyətindədir”.
Müzakirə olunan sənədlərə dair Azərbaycan nümayəndə heyəti adından irəli sürülən bir sıra önəmli əlavə və düzəlişlər komitə üzvləri tərəfindən dəstəklənib. Komitə üzvləri növbəti iclasın Azərbaycnda keçirilməsindən məmnunluq duyacaqlarını, Bakıdakı müzakirələrin çox faydalı olacağına inam ifadə ediblər.
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi