Bu, İrəvana baha başa gələcək - Rusiyadan baxış

16:42 - 11 Yanvar 2023 - GÜNDƏM

 Bu, İrəvana baha başa gələcək - Rusiyadan baxış

Paşinyan KTMT-də vəziyyəti gərginləşdirir. İrəvanın Ermənistan ərazisində KTMT təlimləri keçirməkdən imtina etməsi onun çoxvektorlu siyasəti və Moskvaya qarşı qərəzli iddialarından irəli gəlir.

Bu fikirləri BUTA.TV-a açıqlamasında rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.

“Son vaxtlar Ermənistan getdikcə daha çox Qərbə meyil edir. Təbii ki, bu həm də KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlığı korlamağa yönəlmiş xarici qüvvələrin müəyyən təsiri ilə bağlıdır. Bir ildən artıqdır ki, bu cür səylər edilir, lakin Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə onlar fərqli keyfiyyət miqyası alıblar”, - deyə Areşev bildirib.

Onun sözlərinə görə, fakt odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın səyləri də daxil olmaqla, KTMT-də vəziyyət tədricən gərginləşir:

“Moskva və Rusiyanın iri dövlət şirkətləri Ermənistan bazarının fəal iştirakçılarıdır və Ermənistan respublika iqtisadiyyatının əsas sektorlarında böyük paya malikdirlər. Düşünürəm ki, Ermənistan rəhbərliyinin bu barədə düşünməsi və çıxılmaz vəziyyətdən çıxış yolları axtarmağa başlamasının vaxtı çatıb. Əks təqdirdə hər şey İrəvan üçün açınacaqlı olacaq”, - deyə o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol