44 günlük müharibə zamanı itkin düşən erməni hərbçilərinin axtarışı çoxdan başa çatıb. Baş nazir Nikol Paşinyan ictimaiyyəti çaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan deyib.
"Nikol Paşinyan sentyabr döyüşlərindən, eləcə də 44 günlük müharibədən sonra itkin düşənlərin axtarışının davam etdiyini bildirib. Təəssüf edirəm ki, ölkənin baş nazirinin məlumatı yoxdur və ya guya ona bu məsələlərlə bağlı aldadıcı məlumatlar verilib. 44 günlük müharibə nəticəsində itkin düşən 200-ə yaxın insanın axtarışı 2022-ci ilin yanvarından dayandırılıb”, - o bildirib.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...