Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi onunla bağlı indiyə kimi ictimaiyyətə məlum olmayan bir çox sirlərin üzərindəki pərdəni götürdü.
Məlum oldu ki, Talıbov və ailə üzvləri ötən 27 ildə vəzifə səlahiyyətindən sui-istifadə edərək 30 milyard manata yaxın sərvət toplaya biliblər.
Bu sıraya dövlət vəsaitinin talan edilməsi, ayrı-ayrı sahibkarlara məxsus obyektlərin ələ keçirilməsi, Azərbaycanda və xaricdə fəaliyyət göstərən onlarla şirkət daxildir. Talıbovların əsası Azərbaycanda qoyulan “biznes imperiyası”nın sərhədləri Türkiyə, İran, Dubay, hətta uzaq Misirə qədər uzanır.
Vasif Talıbov və övladlarının inkişaf etmiş Avropa ölkələrində, o cümlədən, ABŞ-da ciddi biznes strukturlarına sahib olduğu bildirilir.
Yenisabah.az xəbər verir ki, vəzifəsini itirəndən sonra özü də “gözdən itən” keçmiş sədr gələcək taleyi ilə bağlı ciddi qərarlar vermək ərəfəsindədir. Şəxsinə və ailə üzvlərinə olan total hücumlar Talıbovların Azərbaycanda qalmasını mümkünsüz edib.
Ciddi ictimai qınaqla üzləşən Vasif Talıbovun və övladlarının vəzifəsini itirmiş digər məmurlar kimi Azərbaycanda yaşayıb şəxsi işləri ilə məşğul olması inandırıcı görünmür. Vəzifədə olduğu 27 il ərzində ata Talıbovun təkcə Naxçıvanda yüzlərlə insanı işdən qovduğu, həbsə atdırdığı, onların əmlaklarını ələ keçirdiyinə dair təkzibolunmaz faktlar var.
Bu və digər amillər V.Talıbovun digər sabiq məmurlar kimi əlini-qolunu sallaya-sallaya küçədə rahat gəzib-dolaşmasını imkansız edir.
Aldığımız məlumata görə, bunun fərqində olan V.Talıbov ailə üzvləri ilə birlikdə ölkəni tərk etməyə hazırlaşır.
Vasif Talıbovun ardınca oğullarının, qardaşının, hətta 80 yaşlı qayınanasının da könüllü şəkildə işdən getməsi bununla əlaqələndirilir.
Talıbovlar ciddi hüquqi prosedurların tətbiq olunduğu ABŞ və Avropa ölkələrinə köçmək niyyətində deyillər. V.Talıbov ölkədən çıxışına şifahi razılıq alandan sonra ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutacaq. Keçmiş Ali Məclis sədrinin ən azı bir neçə il Dubay şəhərində yaşamaq istədiyi bildirilir.
Vasif Talıbovun bu ölkəni seçməsi iki vacib amillə əlaqələndirilir. Yaxın qohumunun dediyinə görə, o, Dubayda hər hansı hüquqi təqiblə üzləşməyəcəyindən əmindir. Keçmiş “Xan” hesab edir ki, BƏƏ-yə köçəndən sonra əlində olan vəsaitin sayəsində heç kim onu narahat etməyəcək və rahat yaşaya biləcək.
V.Talıbovun məşhur ərəb ölkəsinə üz tutmasının digər səbəbi isə onun Dubayda böyük biznes strukturuna sahib olmasıdır. Talıbovların BƏƏ-də bir neçə otelə, rentabelli fəaliyyət göstərən şirkətlərə və restoranlar zəncirinə sahib olduğu vurğulanıb. Vasif Talıbov əmindir ki, təkcə Dubaydakı biznesin hesabına bütün sülaləsinin ən azı 1000 il rahat yaşamasını təmin edə biləcək.
Talıbovların “məxməri sürgün” planının baş tutub-tutmayacağını isə zaman göstərəcək. Çünki bu cür “kilid adam”ların Azərbaycanı tərk etməsi üçün özlərinin şəxsi arzusu ilə yanaşı, həm də siyasi qərar lazımdır.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı