Biz yada salmalıyıq, Fransa Minsk qrupunun həmsədri necə oldu. Mən bunu çox yaxşı bilirəm, çünki atam mənə danışmışdı. O vaxt Fransa Prezidenti Jak Şirak buna çox israr edirdi. Heydər Əliyev isə buna etiraz edirdi, dəfələrlə etiraz edirdi. Sonralar hətta Jak Şirak mənə dəfələrlə bu əhvalatı danışırdı, atama da böyük hörmətlə yanaşırdı və bildirirdi, Heydər Əliyev mənə deyirdi ki, mən şəxsən sizə qarşı yox, mən Fransanın orada həmsədr olmasına qarşıyam, çünki sizdə ermənilər çox böyük təsirə malikdirlər və sizin siyasətinizə təsir edəcəklər. Şirak isə mənə deyirdi, onu inandırırdım ki, biz həmişə neytral olacağıq, ancaq ondan sonra Heydər Əliyev ona razılıq verdi. Doğrudan da elə idi. Onların neytral olması doğrudan da təbii idi, yoxsa, ona görə neytral idilər ki, məsələ öz həllini tapmırdı, onu mən deyə bilmərəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Amma onu deməliyəm ki, Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Hətta bir epizodu da mən yadınıza salmaq istəyirəm, - bəlkə də bunu bir çoxları diqqətdən qaçırıb, - 2015-ci il aprelin 24-də Prezident Fransua Olland Ermənistana getmişdi. Cəmi dörd lider getmişdi o gün Ermənistana. O, Ermənistanın növbəti iflası idi və tarixi saxtakarlığının iflası idi. Amma oraya getmişdi, mən isə getmişdim Çanaqqalaya. Prezident Olland axşam Ermənistandan Bakıya gəldi, hətta məndən tez. Bizim tədbir bir az çox çəkdi. Mən gəldim, artıq Prezident Olland Bakıda idi və səhərisi - aprelin 25-də biz onunla görüşdük. Yəni, bu, nəyi göstərir? Bu, siyasət adamının hərəkətini göstərir. Onu göstərir ki, Fransa həmsədrdir, bu vəzifəyə, bizə hörmətlə yanaşır və bu balansı saxlamaq üçün gəldi. Mən bunu çox yüksək qiymətləndirirəm, çox yüksək. Amma sonra bu balans pozuldu. Hətta müharibəyə qədər bu balans pozuldu. Yəni, balans pozula bilər, o zaman siz həmsədrlikdən çıxın. Yəni, mən ovaxtkı dövrü deyirəm. Çıxın, yəni, bir yerdə olun, bir-birinizə qohum-əqrəba deyin. Mən etiraz etmirəm, amma çıxın buradan, siz vasitəçi ola bilməzsiniz. Amma onlar həm vasitəçi olmaq istəyirdilər, - bəlkə indi də olmaq istəyirlər, - həm də ki, necə deyərlər, istiqanlı münasibətləri də gücləndirirlər.
Ona görə mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. Əvvəlki dövrdə, mən deyə bilərəm ki, 10-dan çox şəhərlərimiz qardaşlaşmışdır, gediş-gəliş var idi, bir çox nümayəndələr gəlmişdi, Prezident Sarkozi, Prezident Olland Azərbaycana səfərlərə gəlmişlər. İndi isə vəziyyət tam fərqlidir”, - Prezident qeyd edib.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi