“Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən çox narahatıq”.
BUTA.TV ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bunu Departamentin rəsmi nümayəndəsi Ned Prays deyib.
“Biz səlahiyyətliləri onları tez bir zamanda azad etməyə çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq. Və yenə də hökuməti öz vətəndaşlarının hüquqlarını, o cümlədən sülh yolu ilə fikirlərini ifadə etmək hüququnu gözləməyə çağırırıq”, - Ned Prays bildirib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.
Tofiq Yaqublu isə dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu