Ukraynada müharibə davam edir.
BUTA.TV xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevdə hava həyəcanı xəbərdarlıqları artır. Yanvarın ikinci yarısında növbəti kütləvi raket hücumlarının olacağı deyilir.
Həmçinin qeyd edilib ki, Ukrayna Ordusunun Luqansk və Donetsk istiqamətində irəlilədiyi deyilir. Baxmut şəhəri ətrafındakı qəsəbələrin azad olunduğu haqqında məlumatlar var.
O da bildirilib ki, Ukrayna Ordusunun “Boz qurd” ləqəbli azərbaycanlı baş leytenantı Yeni il ərəfəsində Xersonda Rusiya Ordusuna məxsus tankı ələ keçirərək ekipajını əsir götürüb.
“Onun ləqəbi “Boz qurd”dur. Təhlükəsizlik məqsədilə adı açıqlanmayan həmyerlimiz hərbi rəhbərlik tərəfindən mükafatlandırılıb”, - deyə M.Aslanov əlavə edib.
- Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı
- Bakı-Sumqayıt koridorunda görüləcək işlər - Video
- BƏƏ onu Azərbaycana ekstradisiya etdi
- Nazir onu idarə rəisi təyin etdi
- Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi yaradılır - Fərman
- AZCON-un Müşahidə Şurasına yeni üzvlər təyin edildi
- Onlar çox çalışsalar da, az pensiya alacaqlar - Açıqlama
- Mərkəzi Nəbatat və Dendrologiya Bağı MMC yaradılır